Argentinada yeni koronavirusa yoluxanların təsdiqlənmiş sayı bazar ertəsi günü bir milyonu ötüb. Argentina Latın Amerikası üzrə ikinci, dünya üzrə isə bu həddə çatmış beşinci ölkədir.
LEQAL.AZ xəbər verir ki, Argentinanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə artıq 1 002 662 nəfər COVID-19-a yoluxub, 26 716 nəfər isə bu xəstəlikdən həyatını itirib.
Latın Amerikası COVID-19-dan ən çox zərər çəkmiş regiondur.
Qeyd edək ki, yoluxanların daha yüksək sayı təsdiqlənmiş on ölkə əhalisinin yarısı Latın Amerikasında yaşayır.
Braziliyada koronavirusa yoluxanların sayı iyun ayında bir milyon nəfərə çatıb. Hazırda COVID-19-a yoluxanların sayı 5,2 milyon nəfər təşkil edir. Yaxın həftələrdə digər üç Latın Amerikası ölkəsində, Kolumbiya, Meksika və Peruda, COVID-19-a yoluxanların sayının milyon nəfərə çatacağı proqnozlaşdırılır.