Myanmada ordu ölkənin Prezidenti Vin Myini, dövlət müşaviri Aun San Su Kyini, habelə hakim “Demokratiya uğrunda Milli Liqa” partiyasını təmsil edən bir neçə yüksək vəzifəli şəxsi həbs edəndən sonra ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib.
LEQAL.AZ xarici KİV-lərə istinadla xəbər verir ki, həbslərə səbəb həmin şəxslərin ötən il noyabrın 8-də keçirilmiş və hakim partiyanın qalib gəldiyi parlament seçkilərinə müdaxilə etməsi göstərilib.
Ölkədə fövqəladə vəziyyətin elan olunması barədə məlumatı Myanma ordusunun televiziya kanalı yayıb. Bundan başqa, hakimiyyətin silahlı qüvvələrin ali baş komandanı, general Min Aun Hlayna keçdiyi bildirilib. Dövlət teleradio kanalının yayımı dayandırılıb, onun sosial şəbəkələrdəki hesabları dondurulub. Paytaxt Yanqonun bəzi hissələrinə ordu qüvvələri yeridilib.
Qeyd edək ki, yeni seçilmiş parlamentin ilk iclası məhz fevralın 1-də keçirilməli idi. Sessiyada parlamentin hər iki palatasının rəhbərləri, ölkənin prezidenti və vitse-prezidentləri, digər rəhbər şəxslər seçilməli idi.(azərtac)