Rumıniyanın paytaxtı Buxarestdə restoranlar, barlar, kinoteatrlar və digər iaşə obyektləri fəaliyyətlərini yanvarın 25-dən bərpa edəcəklər.
LEQAL.AZ xəbər verir ki, bu barədə qərarı Buxarest şəhərinin icra orqanları qəbul edib. Qərara əsasən iaşə obyektləri yalnız obyektin ümumi sahəsinin 30 faizi qədər daxildə müştəriləri qəbul edə bilər.
Qeyd edək ki, Rumıniyada yanvarın 13-də koronavirus pandemiyası ilə əlaqədar yüksək hazırlıq vəziyyəti daha 30 gün müddətinə uzadılıb.(azərtac)