Ermənistanda Rusiya hərbçisi yol qəzasında həlak olub

Ermənistanda Rusiya hərbçisi yol qəzasında həlak olub
  • Dünya

  • Rusiya hərbçisi Ermənistanın Gümri şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi məlumat yayıb.

    Məlumatda deyilir ki, Gümrü qarnizonunun rəhbərliyi Ermənistan hüquq-mühafizə orqanları ilə birlikdə rusiyalı hərbçinin yol-nəqliyyat hadisəsində həlak olması faktını araşdırır.

    Hadisə yanvarın 23-də səhərə yaxın baş verib. Rusiya hərbçisinin idarə etdiyi avtomobil yol kənarında dayanmış yük avtomobilinə çırpılıb. Nəticədə hərbçinin avtomobili yanıb.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər