Türkiyədə son 24 saat ərzində daha 74 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
LEQAL.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 445 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 894 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 351 413 nəfərə çatıb.