Bu ölkədə qaçmaq qadağan edildi

Bu ölkədə qaçmaq qadağan edildi
  • Dünya

  • Slovakiya Parlamenti ölkə tarixində ilk dəfə olaraq səkilərdə hərəkət edənlər üçün sürət məhdudiyyəti tətbiq edən qərarı təsdiqləyib.

    “Leqal” xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, piyadalar, velosiped və skuter istifadəçiləri səkidə saatda 6 kilometrdən artıq sürətlə hərəkət edə bilməzlər.

    Qaydanı pozanlar inzibati cərimə ilə üzləşəcəklər.

    “Qaçmaq qadağandır” başlığı ilə təqdim edilən bu mübahisəli qərar Avropa İttifaqına üzv Slovakiyada yol hərəkəti qanunvericiliyinə mühüm dəyişiklik kimi qiymətləndirilir.

    Yeni məhdudiyyət yalnız piyadaları deyil, həm də velosiped, paten və skuter sürənləri əhatə edir. Məhdudiyyətin əsas məqsədi səkilərdə təhlükəsizliyi təmin etmək və son dövrlərdə artan piyada-skuter toqquşmalarının qarşısını almaqdır.

    Qanun layihəsini təqdim edən deputat bildirib ki, qərar şəhər ərazisində hərəkətin daha təhlükəsiz və nizamlı olmasına xidmət edəcək.

    Yeni qayda 2026-cı il yanvarın 1-dən etibarən qüvvəyə minəcək və onu pozan şəxslər cərimə olunacaqlar.
    PAYLAŞ:

    Oxşar xəbərlər