Azərbaycan - Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan - Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir
  • Cəmiyyət

  • Azərbaycan hər bir sahədə olduğu kimi xarici əlaqələrin genişlənməsində və xarici ölkələrlə əlaqələrin inkişaf etməsində  böyük səylər göstərir. 7 may tarixindəAzərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitsoilə görüş keçirilib.7 may tarixində baş tutan Azərbaycan-Slovakiya ölkələri arasında keçirilən  görüş ölkələrimiz arasında münasibətlərin güclənməsinə səbəb olacaq. Bu görüş bir daha Azərbaycanın siyasi əlaqələrinin nə qədər yüksək olduğunun təzahürüdür.Görüşdə Azərbaycan və Slovakiya əlaqələrinin və ən əsası iki ölkə arasında tarixi dostluğun nə qədər möhkəm olduğu haqqında danışılmışdır. Azərbaycan-Slovakiya arasında diplomatik əlaqələlər 1993-cü ilin noyabr ayının 23-də qurulmuşdur. Görüşdə həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”-ni imzaladılar. Həmçinin Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini, Müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu imzaladılar. Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov və Slovakiya Respublikasının Baş nazirinin müavini, Müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzaladılar. Nəzərdə tutulan hər üç sahə vacib və strateji olsa da burada xüsusilə Slovakiya şirkətlərinin Qarabağdakı bərpa prosesində iştirak etmək istəyi diqqətimizi cəlb edir. 2020-ci Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərdən sonra Cənab Prezidentimiz İlham Əliyev bildirmişdi ki, bərpa işlərinə yalnız dost ölkələrdən olan şirkətlər dəvət ediləcək. Slovakiya şirkətlərinin də bu prosesdə iştirak etməsi iki ölkənin bir-birinə olan etimadının səviyyəsini ortaya qoyur. Çıxışı zamanı Prezident İlham Əliyev iki ölkə arasındakı dostluq münasibətlərinə də toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Ağdamın Qərvənd kəndinin Slovakiya şirkəti tərəfindən yenidən qurulması böyük rəmzi məna daşıyır. Digər bir tərəfdən hərbi sahədə iki ölkənin əməkdaşlığının genişləndirilməsi də olduqca vacibdir. Ümumilikdə, Azərbaycanla Slovakiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan addımlar yüksək nəticələrin əldə olunacağına əsas verir. Bu səfər onu göstərdi ki, rəsmi Bratislava Cənubi Qafqazın ən aparıcı və perspektivli ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir. Əminliklə demək olar ki, Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəkdir.
    Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə isə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsinə də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. İmzalanan sənədlər arasında  müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.

    Ümumiyyətlə, Azərbaycanda Slovakiya şirkətləri yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Keçirilmiş Slovakiya-

    Azərbaycan biznes forumu iki ölkə arasında biznes sahəsində əməkdaşlıq üçün yaxşı zəmin yaradır.


    Türkanə Əliyeva,
    YAP fəalı
    PAYLAŞ:

    Oxşar xəbərlər