Sərnişin avtobusları toqquşub, 50-yə yaxın insan xəsarət alıb

Sərnişin avtobusları toqquşub, 50-yə yaxın insan xəsarət alıb
  • Dünya

  • Tunisin paytaxtında iki sərnişin avtobusunun toqquşması nəticəsində təxminən 47 insan xəsarət alıb.

    report un məlumatına görə, bu barədə “Mosaique Fm” radiostansiyası bildirib.

    Qeyd edilir ki, hadisəyə turizm şirkətlərindən birinə məxsus avtobusun sürət həddini aşması səbəb olub. Nəticədə nəqliyyat vasitəsi “Tunisair” milli aviaşirkətinin əməkdaşlarını daşıyan digər avtobusla toqquşub. Hadisə zamanı xəsarət alan bütün sərnişinlər və hər iki sürücü xəstəxanaya yerləşdirilib. Sürücülərdən biri ağır vəziyyətdədir.

    Ölkənin nəqliyyat və loqistika işləri üzrə naziri Moez Şakşuk hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün dəqiq araşdırma aparmaq barədə göstəriş verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər