Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib

Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib
  • Dünya

  • ABŞ Prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Co Bayden yalnız “yalançı KİV-in” gözündə qalibdir.

    LEQAL.AZ
    xəbər verir ki, bu barədə Donald Tramp özünün Twitter səhifəsində yazıb: “Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi”.

    Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər