Fevralın 6-da Türkiyənin Şanlıurfa və Adıyaman şəhərlərində baş vermiş sel fəlakəti nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Bu barədə “TRT Haber” saytı bildirib.
Məlumata görə, su aparan ana və qızının axtarışları zamanı bir uşaq cəsədi aşkarlanıb. Hazırda onun kimliyi müəyyənləşdirilir.
Daha əvvəl bu rəqəm 19-a bərabər idi.