Poroşenko ölkədən buraxılmadı

Poroşenko ölkədən buraxılmadı
  • Dünya

  • Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko NATO Parlament Assambleyasında iştirak etmək üçün ölkəni tərk etməyə cəhd etsə də, sərhədçilər onu buraxmayıblar.

    Leqal.Az xəbər verir ki, bu barədə Radanın deputatı İrina Geraşenko məlumat verib.

    “Bu gecə Poroşenkoya sərhədi keçməyə icazə verilməyib. Heç bir izahat verilmədən”, - deyə Geraşenko feysbuk hesabında yazıb.

    Onun sözlərinə görə, Poroşenko NATO Parlament Assambleyasının Vilnüsdə keçiriləcək iclasına Ali Radanın nümayəndə heyətinin tərkibində gəlməli idi və səfərlə bağlı müvafiq sərəncamı Radanın sədri Ruslan Stefançuk imzalayıb. Lakin sərhədçilər sənədi saxta hesab edib./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər