Gürcüstan Prezidenti Ukrayna ilə tam həmrəyliyə çağırıb

Gürcüstan Prezidenti Ukrayna ilə tam həmrəyliyə çağırıb
  • Dünya

  • “Rusiyanın hücumuna məruz qalan Ukrayna bu gün təkcə öz azadlığı üçün deyil, həm də Avropa ölkələrinin müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparır. Bu ölkənin tam həmrəyliyə ehtiyacı var”.

    Leqal.Az xəbər verir ki, bunları Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

    Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyindən danışan Prezident deyib ki, Ukraynada gedən müharibə bu prosesi sürətləndirib.

    “Biz bilirik və unutmayacağıq ki, Ukrayna bu gün təkcə öz azadlığını, suverenliyini, müstəqilliyini deyil, həm də bizim azadlığımızı və digər Avropa ölkələrinin azadlığını müdafiə edir. Biz təkcə Ukrayna xalqının ağrısını bölüşməyə deyil, həm də onlarla tam həmrəylik nümayiş etdirməyə borcluyuq”, - Gürcüstan Prezidenti əlavə edib./report

    O qeyd edib ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyanı güc tətbiq etmədən, ancaq sülh yolu ilə qaytarmağa çalışır.
    PAYLAŞ:

    Oxşar xəbərlər