İsveç və Finlandiya üçün Türkiyə icazəsi: Ankaranın tələbləri açıqlandı

İsveç və Finlandiya üçün Türkiyə icazəsi: Ankaranın tələbləri açıqlandı
  • Dünya

  • “Bloomberg” agentliyi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsi müqabilində Türkiyənin tələblərini açıqlayıb.

    Məlumata görə, Ankara İsveç və Finlandiya tərəfindən Kürdüstan Fəhlə Partiyasının və onun törəmələrinin terror təşkilatı elan edilməsini, silah embarqosunun qaldırılmasını, F-35 qırıcıları proqramına yenidən daxil edilməsini və F-16 qırıcılarının yeni alış paketinin təsdiq olunmasını istəyib.

    Bununla yanaşı, Türkiyə Rusiyadan əldə etdiyi S-400 zenit-raket kompleksi üzərindən sanksiyaların götürülməsini və ya analoji “Patriot” sistemlərilə təchiz edilməsini tələb edir. /oxu.az

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər