Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyasına yekun vurulub

Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyasına yekun vurulub
  • Cəmiyyət

  • “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşlarının, eləcə də din xadimləri, müxtəlif dini konfessiya nümayəndələrinin, həmçinin Dövlət Komitəsinin könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

    Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi “Yaşıl gələcək naminə” aksiyasına dekabrın 24-də yekun vurulub.

    Qeyd edək ki, bütün bölgələri əhatə etməklə cari ilin may ayından başlayan aksiya müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılması, ekoloji təhlükəsizliyin təmini, yaşıllıqların artırılması və iqlim dəyişikliyi ilə mübarizəyə yönəltmək məqsədi daşıyıb.

    Müəllif: Leqal.az



    PAYLAŞ:

    Oxşar xəbərlər