Rusiya və Vyetnam birgə hərbi təlimlər keçirəcək.
Bu barədə “Leqal.az” “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, Şərq Hərbi Dairəsinin qərargahında ilk dəfə olaraq Rusiya-Vyetnam birgə hərbi təliminin planlaşdırılması üzrə konfrans təşkil edilib. Nümayəndə heyətlərinin görüşü videobağlantı vasitəsilə baş tutub.
Bildirilir ki, bu təlimlərdə tərəflər komandirlərin və qərargahların döyüş hazırlığı əməliyyatlarının təşkili üzrə bacarıqlarını inkişaf etdirəcəklər./qafqazinfo/