Fransada seçki ETİRAZLARI - Minlərlə insan küçələrə çıxdı

Fransada seçki ETİRAZLARI - Minlərlə insan küçələrə çıxdı
  • Dünya

  • Fransada prezident seçkilərin birinci turunun nəticələrinə etiraz olaraq 23 mindən çox insan küçələrə çıxıb.

    "Leqal.az" TASS-a istinadən xəbər verir ki, Parisdə təşkil olunan etiraz nümayişinə 10 minədək adam qoşulub. Bölgələrdəki aksiyalarda təxminən 13,6 min nəfər iştirak edib.

    Lill, Marsel və digər böyük şəhərlərdə küçələrə çıxan nümayişçilər “ifrat sağçılara” və xüsusən də Marin Le Penə etiraz ediblər. Lakin polislə toqquşmaların baş verdiyi Lion və Renn şəhərlərində isə nümayişçilər “Nə Makron, nə də Le Pen” şüarını səsləndiriblər.

    Solçular aprelin 10-da keçirilən seçkilərin birinci turunda səslərin cəmi 1,25 faizi ilə rəqibindən geri qalan “Tabe olmayan Fransa” hərəkatının lideri Jan-Lük Melenşonu dəstəkləyirlər.

    Xatırladaq ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçkilərdə 12 namizəd iştirak edib. Səsvermənin nəticələrinə görə, Fransanın hazırkı prezidenti Emmanuel Makron 27,84 faiz səslə irəlidədir. Onu “Milli birlik” partiyasından namizəd Marin Le Pen 23,15 faiz səslə müşayiət edir. Seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər