MSK: Nikol Paşinyanın partiyası seçkilərdə 53,9 %-lə qalib gəlib

MSK: Nikol Paşinyanın partiyası seçkilərdə 53,9 %-lə qalib gəlib
  • Siyasət

  • Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.

    LEQAL.AZ  xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında bildirilir.

    Qeyd edilir ki, Paşinyanın hökuməti formalaşdırması üçün 0,08 səsi çatmayıb.

    07:05

    Ermənistanda bu gün yerli vaxtla saat 07:00-a olan məlumata əsasən Mərkəzi Seçki Komissiyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95,8 %-ni hesablayıb. Bu göstəricilər 2 008 seçki məntəqəsinin 1 945-nin nəticələridir.

    Bu barədə "report" Ermənistan mətbuatına istinadən xəbər verir.

    MSK-nın məlumatına görə, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 54,21 % (661 736 səs) toplayıb. Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə seçicilərin 20,89 %-i (255 034 nəfər) səs verib.

    Seçicilərin 64 131 nəfəri, yaxud 5,25 %-i “Şərəf duyuram” blokuna, 48 645 nəfəri və ya 3,99 %-i “Çiçəklənən Ermənistanı dəstəkləyib.

    Ermənistanda növbədənkənar parlament seçkiləri ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi qaldırılıb. Ölkə müxalifəti seçkilərin nəticələri ilə razılaşmadığını bildirib.

    Səsvermələr seçki fəallığının aşağı olması ilə seçilib. Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.

    06:13

    Ermənistanda yerli vaxtla saat 06:10-a olan məlumata görə, Mərkəzi Seçki Komissiyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 86,4 %-ni hesablayıb. Bu göstəricilər 2 008 seçki məntəqəsinin 1 808-nin nəticələridir.

    Bu barədə "report" "News.am"a istinadən xəbər verir.

    Qeyd edilir ki, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 55,02 % (605 741 səs) toplayıb. Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə seçicilərin 20,41 %-i (224 678 nəfər) səs verib.

    Ermənistanda növbədənkənar parlament seçkiləri ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi qaldırılıb.

    Səsvermələr seçki fəallığının aşağı olması ilə seçilib. Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.

    04:46

    Ermənistanda dünən keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 55,61 % səs toplayıb.

    "report" xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

    Qeyd edilir ki, bu, hökuməti formalaşdırmaq üçün tələb olunan 54 %-lik baryerin keçilməsidir. Göstəricilər seçki məntəqələrinin 75,9 %-nin sayılmasından sonra məlum olub.

    Seçkilərdə onun əsas rəqibi olan Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" blokuna isə 20,01 % seçici səs verib. Artıq seçki məntəqələrinin 1 525-nin bülletenləri hesablanıb.

    03:40

    Ermənistanda dünən keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 58,02 % səs toplayıb.

    "report" xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

    Qeyd edilir ki, bu, hökuməti formalaşdırmaq üçün tələb olunan 54 %-lik baryerin keçilməsidir. Göstəricilər 2 008 seçki məntəqəsinin 1 050-də bülletenlərin sayılmasından sonra məlum olub.

    Seçkilərdə onun əsas rəqibi olan Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" blokuna isə 18,75 % seçici səs verib.

    01:20

    Ermənistanda dünən keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası qalib olub.

    "report" xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

    Qeyd edilir ki, seçki məntəqələrinin 437-nin yaxıd 21 %-nin nəticələrinin hesablanmasından sonra Paşinyanın partiyasının 59,49 % seçici səsi topladığı məlum olub. Seçkilərdə onun əsas rəqibi olan Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" blokuna isə 18,14 % seçici səs verib.

    Ermənistanda seçki günü 2 008 seçki məntəqəsi fəaliyyət göstərib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib.

    Səsvermələr seçki fəallığının aşağı olması ilə seçilib. Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.

    20.06.2021. 23:25

    Rəsmi məlumata görə, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.

    Qeyd edək ki, bunlar ilkin nəticələrdir. Hələlik 2 008 seçki məntəqəsinin 80-də bülletenlər hesablanıb.

    Xatırladaq ki, seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər