Uzun müddətdən bəri ilk dəfə görünən Şoyqu ilə bağlı kadrlar səssiz təqdim olundu

Uzun müddətdən bəri ilk dəfə görünən Şoyqu ilə bağlı kadrlar səssiz təqdim olundu
  • Dünya

  • Uzun müddətdir efirlərdə görünməyən Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündən videokadrlar yayımlanıb.

    Lakin məsələ burasındadır ki, nazirin məruzə ilə çıxış etməsinə baxmayaraq, kadrlar səssiz şəkildə paylaşılıb.

    “Rossiya 24” telekanalının baş redaktoru Yevgeni Bekasov bununla bağlı ünvanlanan sualı cavablandırarkən kadrları özlərinin çəkmədiklərini deyib. O bildirib ki, video prezident administrasiyasının mətbuat xidməti tərəfindən təqdim edilib.

    “Kremlin mətbuat xidmətinə deyin, bu parçanı onlar göndəriblər. Biz çəkməmişik – onlar səsi qısıblar, bu onların qərarıdır. Bizim deyil. Hamıda belə idi”, - deyə Bekasov “Podyom”a bildirib.

    Qeyd edək ki, Şoyqunun uzun müddətdir görünməməsi bir sıra söz-söhbətlərə səbəb olmuşdu. Dmitri Peskov müdafiə nazirinin “itkin düşməsini” onun işinin çox olması ilə əlaqələndirib.

    “Əlbəttə, indi media fəaliyyətinin vaxtı deyil”, - deyə Peskov bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər