Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Rusiya-Ukrayna böhranı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Leqal.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Putinlə Zelenskinin görüşü ilə bağlı fikir bildirən Kalın bu müharibədə qalibin olmayacağını vurğulayıb:
“Başda Prezidentimiz olmaqla, bütün dostlarımız bu müharibəni bitirməyə çalışır. Putin deyir ki, danışıqlar aparan qruplar işlərini tamamlasınlar. Həm Rusiya, həm də Ukrayna tərəfləri ilə yaxın təmasda olaraq işimizi davam etdirəcəyik. Çərşənbə günü NATO liderləri zirvəsində əsas strateji məsələlər həll ediləcək. Burada atılacaq addımlar qarşıdakı 10 ilin gedişatını müəyyənləşdirəcək”.Qafqazinfo