Rusiya yük təyyarəsi sanksiyalara baxmayaraq bu ölkəyə UÇDU

Rusiya yük təyyarəsi sanksiyalara baxmayaraq bu ölkəyə UÇDU
  • Dünya

  • Rusiya yük təyyarəsi Avropa İttifaqının sanksiyalarına baxmayaraq, Moskvadan Slovakiyaya uçaraq geri qayıdıb.

    "Leqal.az" UNIAN-a istinadla xəbər verir ki, bunu "Flightradar24"-dan əldə edilən məlumatlar sübut edir. 

    Xüsusilə, martın 17-də “Volqa-Dnepr” yük şirkətinə məxsus "RA-76511" Rusiya qeydiyyatlı yük təyyarəsi Moskvadan Slovakiyanın paytaxtı Bratislavaya uçub. Sonra Moskvaya qayıdıb.

    Fevralın 28-də xarici işlər naziri Dmitri Kuleba Slovakiya da daxil olmaqla 32 ölkənin səmanı Rusiya təyyarələri və aviaşirkətləri üçün bağladığını bildirib. 

    Volqa-Dnepr dünyanın ən böyük "An-124 Ruslan" təyyarə parkını idarə edən Rusiyanın nəhəng yük aviaşirkətidir. 

    Martın 17-də "Deutsche Welle" xəbər yayıb ki, "Volqa-Dnepr" təyyarələri uçuşları tamamilə dayandırıb.

    Aİ-nin sanksiyalarından yan keçən Rusiya təyyarəsinin Rusiyanın paytaxtından Slovakiyanın paytaxtına necə uçması hələlik məlum deyil. 

    publika.az
    PAYLAŞ:

    Oxşar xəbərlər