Əfqanıstanda hakim Taliban hərəkatı ölkədə xarici teleserialların nümayişini rəsmən qadağan edib.
“Leqal.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın iclasında qərar verilib.
Qərarla bağlı Taliban Mədəniyyət Komissiyası və Qadağalar Nazirliyinin rəsmiləri Əfqanıstan yayımçıları ilə də görüşüb.
Qeyd edək ki, Əfqanıstanda əvvəllər Hindistan və Türkiyə serialları yayımlanırdı.