Rusiya hərbçiləri Mariupolda Regional Reanimasiya Xəstəxanasının həkim və xəstələrini girov götürüblər.
“Ukrayinskaya Pravda”nın məlumatına görə, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.
“Rusiya qoşunları həkimləri və xəstələri girov götürüb. Belə xəbəri xəstəxananın əməkdaşlarından biri çatdıra bilib. Xəstəxanadan çıxmaq mümkün deyil. İki gündür maşınlar xəstəxanaya çata bilmir. Ətrafda hündürmərtəbəli binalar yanır”, -deyə o bildirib.
Kirilenko həmçinin qeyd edib ki, ötən gün Rusiya bu xəstəxananı praktiki olaraq dağıdıb. Lakin işçilər və xəstələr zirzəmidə işləməkdə və müalicə almaqda davam ediblər.//Oxu.az
Kirilenko beynəlxalq hüquq müdafiə təşkilatlarına müharibə qaydalarının qəddar şəkildə pozulmasına, bəşəriyyətə qarşı törədilən bu kobud cinayətlərə reaksiya vermək tələbi ilə müraciət edib.