Ukraynanın Xerson şəhər şurasının katibi Qalina Luqovoyun yaşadığı ev naməlum şəxslər tərəfindən partladılıb.
“Leqal.az” "Ukrayna TV"yə istinadən xəbər verir ki, bu barədə Qalina Luqovoy məlumat verib.
O, iki nəfəri evinin kənarında gördüyünü və onların evin pəncərəsindən içəri ağır nə isə atdıqlarını jurnalistlərə söyləyib: “Bundan sonra evdə partlayış oldu. Mən eviz qalmışam. Fikrimcə, mən fiziki cəhətdən məhv ediləcəklər siyahısındayam”.//Report
Bildirilib ki, bu məmur Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləmir. Xerson isə rusiyalı hərbçilərin nəzarəti altındadır.