Britaniyada ukraynalı qaçqınlara sığınacaq verən ailələrə pul ödəniləcək

Britaniyada ukraynalı qaçqınlara sığınacaq verən ailələrə pul ödəniləcək
  • Dünya

  • Böyük Britaniya hökuməti “Ukrayna üçün evlər” proqramı çərçivəsində ukraynalı qaçqınlara sığınacaq verəcək sadə britaniyalı ailələrə ayda 350 funt-sterlinq ödəyəcək.

    “Leqal.az” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

    Xüsusilə, “Ukrayna üçün evlər” proqramına əsasən, ukraynalıları ən azı 6 ay pulsuz mənzillə təmin edən ingilislər, nə qədər qaçqın qəbul etməsindən asılı olmayaraq, ayda 350 funt-sterlinq alacaqlar.

    Ukraynalı qaçqınlara Böyük Britaniyada üç il qalmaq, işləmək və dövlət xidmətlərindən istifadə etmək icazəsi veriləcək.

    Həmçinin martın 13-də ingilislərin mənzil təkliflərini qeydiyyatdan keçirə biləcəkləri internet saytı fəaliyyətə başlayacaq. Bütün ukraynalılar təhlükəsizlik yoxlamasından keçməlidirlər.//Qafqazinfo

    Eyni zamanda, təhlükəsizlik xidməti rəhbərləri artıq viza tələblərinin yumşaldılmasından narahat olduqlarını bildiriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər