İraqın Ərbil şəhərində ABŞ-ın Baş Konsulluğunun binası yaxınlığında bir neçə raket düşüb.
Bu barədə İraqın Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, şəhərdə ən azı üç partlayış baş verib, həyəcan siqnalları səslənib. Bundan əlavə, İraqın Kürd Muxtariyyətinin paytaxtının beynəlxalq hava limanı tərəfindən işlər dayandırılıb, bölgədə mülki hava hərəkəti dayandırılıb.

Ərbil qubernatoru Omed Xoşnavın sözlərinə görə, şəhərə raket hücumu nəticəsində xəsarət alan olmayıb. Dağıntılar barədə məlumat verilməyib. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
"Rudaw" telekanalı əraziyə 12 raketin düşdüyünü xəbər verib. Qeyd edilir ki, bir neçə binaya cüzi ziyan dəyib.//Azxeber