Xarkov vilayətində kəndə altı hava bombası atıldı, iki uşaq öldü

Xarkov vilayətində kəndə altı hava bombası atıldı, iki uşaq öldü
  • Dünya

  • Rusiya hərbçiləri hərbi infrastruktur obyekti olmayan Xarkov vilayətinin Slobojanskoye kəndində yaşayış məntəqələrini vurublar.

    “Leqal.az” xəbər verir ki, bu barədə  Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

    Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb.

    Müxtəlif mənbələrə görə, ikisi uşaq olmaqla 5-7 nəfər ölüb.

    Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 71 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb. Bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib. //Qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər