Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedir.
"Leqal.az" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.
“Ermənistan xarici işlər naziri 10-12 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyaya yola düşəcək. Onun bir sıra həmkarlarla görüşləri planlaşdırılır”, - mətbuat katibi qeyd edib.