“Tətbiq olunan sanksiyalar Rusiyaya müharibə elan etməyə bərabər olacaq”.
“Leqal.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya lideri qeyd edib ki, ölkədə hərbi vəziyyət və ya fövqəladə vəziyyət elan olunması planlaşdırılmır.
“Başqa bir ölkədən uçuşa bağlı bölgə elan olunma cəhdi hərbi fəaliyyətə birbaşa qatılma olaraq dəyərləndiriləcək”, - o qeyd edib.
Putin bildirib ki, daxili uçuşların sayı artırılacaq, icazə verilən istiqamətlərdə xarici uçuşlar davam etdiriləcək. //Qafqazinfo