Ukraynadakı vəziyyətlə əlaqədar 9,5 mindən çox fransız əsgəri səfərbər ediləcək

Ukraynadakı vəziyyətlə əlaqədar 9,5 mindən çox fransız əsgəri səfərbər ediləcək
  • Dünya

  • Ukraynadakı vəziyyətlə əlaqədar 9,5 mindən çox fransız əsgəri səfərbər ediləcək və ya döyüş hazırlığı vəziyyətinə gətiriləcək, onlardan 1,5 mini NATO-nun şərq cinahının gücləndirilməsi missiyalarında iştirak edəcək.

    “Leqal.az”ın məlumatına görə, bu barədə “Agence France-Presse” Fransa Baş Qərargahına istinadən xəbər verir.

    Qeyd olunub ki, Rumıniyada 500-ə yaxın fransız əsgəri yerləşdiriləcək. Estoniyada artıq 300 fransız əsgəri var və daha 100-ə yaxın əsgər dörd “Mirage 2000-5” qırıcısının müşayiəti ilə ora gedəcək. Məqsəd Baltikyanı ölkələrin hava hücumundan müdafiəsini gücləndirməkdir. Report

    Polşa üzərində uçuşlarda isə 600-ə yaxın hərbçi də iştirak edir. Fevralın 24-dən uçuşlar gündə iki dəfə həyata keçirilir. Bundan əlavə, təxminən 8000 fransız əsgəri NATO-nun çevik reaksiya qüvvələrinin bir hissəsi kimi hazır vəziyyətdədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər