Macarıstan maska taxılması qaydalarını sərtləşdirir

Macarıstan maska taxılması qaydalarını sərtləşdirir
  • Dünya

  • Macarıstanda bu gündən başlayaraq tibbi maskalar taxılmasına dair yeni qaydalar qüvvəyə minir.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, ölkə hökuməti restoranlarda və əyləncə mərkəzlərində maska taxılmasına dair tələbləri genişləndirib. Bundan sonra ictimai iaşə müəssisələrində də maska taxılması mütləq sayılacaq, maska yalnız qida və içki qəbulu zamanı çıxarıla bilər.

    Hazırda maska taxılması hələ ki, yalnız mağazalarda, ictimai nəqliyyatda, kinoteatrlarda, teatrlarda, ticarət mərkəzlərində, tibb və sosial müəssisələrində, idman tədbirlərində və dövlət tədbirlərində vacib hesab edilir.

    Bundan sonra 6 yaşadək uşaqlardan başqa hər kəsin maska taxması mütləqdir. Maska daim üzü və burunu örtməlidir.

    Polis orqanları karantin qaydalarına riayət olunmanın pozulmasına görə 20-400 avro məbləğində cərimə tətbiq edə bilərlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər