Son sutkada Qırğızıstanda COVID-19-a yoluxanların sayı 436 nəfər olub, pandemiya dövründə bu rəqəm 59 min 879 nəfərə çatıb.
LEQAL.AZ azərtac-a istinadla xəbər verir ki, son gündə 332, ümumiyyətlə isə 50 min 741 xəstə sağalıb.
Bildirilir ki, son 24 saatda virusdan 5 nəfər həyatını itirib və ölənlərin sayı 1155 nəfərə çatıb.
Qeyd edilir ki, xəstəxanalarda 3 min 411, ambulator şəraitində 3 min 941 xəstə müalicə edilir.
Son gündə 3, pandemiya başlayandan isə 3 min 619 tibb işçisi koronavirusa yoluxub.