Son sutkada Qırğızıstanda koronavirusa 596 nəfər yoluxub

Son sutkada Qırğızıstanda koronavirusa 596 nəfər yoluxub
  • Dünya

  • Son sutkada Qırğızıstanda COVID-19-a yoluxanların sayı yenidən artıb. Belə ki, dünən virusa yoluxanların sayı 522 olmuşdursa, bu gün bu rəqəm 596-ya çatıb, pandemiya dövründə isə bu rəqəm 58 min 494 nəfər təşkil edib.

    LEQAL.AZ azərtac-a istinadla xəbər verir ki, son gündə 425, ümumiyyətlə isə 49 min 522 pasiyent sağalaraq evə buraxılıb.

    Son sutkada virusdan 3 nəfər dünyasını dəyişib, vəfat edənlərin sayı 1142 nəfərə çatıb.

    Bildirilir ki, xəstəxanalarda 3 min 359, ambulator şəraitdə 3 min 814 xəstə müalicə edilir.

    Son sutkada 7, pandemiya dövründə isə 3 min 612 tibb işçisi COVİD-19-a yoluxub.
    PAYLAŞ:

    Oxşar xəbərlər