Son gündə Qırğızıstanda COVID-19-a 484 nəfər yoluxub, pandemiya dövründə yoluxanların ümumi sayı 58 min 878 nəfərə çatıb.
LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, Qırğızıstan Koronavirusla bağlı Respublika Qərargahına istinadla xəbər verir ki, son sutkada 461, ümumiyyətlə isə 49 min 983 xəstə sağalıb.
Qeyd olunur ki, son 24 saatda virusdan 3 adam ölüb, dünyasını dəyişənlərin sayı 1145 nəfər təşkil edib.
Xəstəxanalarda 3 min 413, ev şəraitində 3 min 767 xəstənin müalicə olunduğu bildirilir.
Son gün ərzində 1, pandemiya başlayandan isə 3 min 613 tibb işçisi koronavirusa yoluxub, onların 3 min 324-ü sağalıb.