İyunun 28-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 608 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 317, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 291 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 349 min 35-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 139 min 1, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 210 min 34 nəfərdir.