İyunun 10-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 37 min 162 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 32 min 670, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 min 492 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 662 min 38-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 712 min 118, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 949 min 920 nəfərdir.