Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 700 minə yaxındır

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 700 minə yaxındır
  • Cəmiyyət

  • İyunun 9-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 466 doza vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 394, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 72 nəfər olub.

    Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 624 min 876-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 679 min 448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945 min 428 nəfərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər