Mayın 20-də Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 900 minə yaxınlaşıb

Mayın 20-də Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 900 minə yaxınlaşıb
  • Cəmiyyət

  • Mayın 20-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 min 411 doza vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 14079, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 14332 nəfər olub.

    Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 891 min 703-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 68 min 493, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 823 min 210 nəfərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər