"Sən maqnitsən" mövzusunda onlayn seminar keçirilib

"Sən maqnitsən" mövzusunda onlayn seminar keçirilib
  • İdman

  • İyunun 8-i Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə "Sən maqnitsən" mövzusunda onlayn seminar keçirildi.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a bildirilib ki, seminarı giriş sözü ilə açan Birliyin sədri Miraqil Seyidzadə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün keçirilmiş layihələr haqqında məlumat verdi. Qeyd etdi ki, məhz bu gün təşkil olunmuş seminarın məqsədi də imtahan dövründə gənclərin ruh yüksəkliyini artırmaq, eyni zamanda şəxsi inkişaflarını təmin etməkdir .

    Sonra təlimçi Fidan Əliheydər çıxışında müsbət düşüncənin əhəmiyyətindən bəhs edərək gənclərə tövsiyə etdi ki, neqativ düşüncəli insanlardan uzaq durmalı, sağlam bir həyat tərzi seçməli, özümüzlə söhbət etməyi və pozitiv düşünən insanlarla dostluq etməliyik .

    Seminarın sonunda könüllülərin sualları cavablandırıldı.
    PAYLAŞ:

    Oxşar xəbərlər