Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib.
E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb. Şəhid dəfn edildikdən sonra tabutuna bükülmüş Azərbaycan bayrağı atasına verilib.
Dəfndən sonra havaya yaylım atəşi açılıb.
10.38
Vətən müharibəsində şəhid olan hərbi qulluqçu ilə Goranboyda vida mərasimi keçrilir.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, Həsrətov Elməddin Sərdar oğlunun nəşi onun anadan olduğu rayonun Qarasuçu kəndində gətirilib.
Vida mərasimində şəhidin ailə üzvləri, hərbçi yoldaşları, kənd sakinləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirlər.
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu E. Həsrətov Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 21-də Goranboyun Qarasuçu kəndində anadan olub, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. O, 2020-ci ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib, ailəsi ilə sonuncu dəfə oktyabrın 2-də əlaqə saxlayıb.
E. Həsrətov cəbhənin Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb.
E. Həsrətov subay olub.