Arıçı-fermerlərə mina təhlükəsinə dair təlim keçirilib

Arıçı-fermerlərə mina təhlükəsinə dair təlim keçirilib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) müraciəti əsasında Göygöl Regional Mərkəzində Kəlbəcər rayonuna səfər edəcək 66 nəfər arıçı-fermerə “Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” üzrə təlim keçirilib.

    ANAMA-dan LEQAL.AZ-a bildiriblər ki, icra edilən təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumatlar verilib.

    Eyni zamanda vizual olaraq tanınması üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarından ibarət sərgi təşkil edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər