Vaksinasiya haqqında təbliğat kampaniyası davam edir

Vaksinasiya haqqında təbliğat kampaniyası davam edir
  • Cəmiyyət

  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı təbliğat kampaniyası həyata keçirir. Qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə — vaksinasiyaya yönəltməkdir.

    LEQAL.AZ xəbər verir ki, kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

    Kampaniya çərçivəsində paylaşılan sosial media məzmunu peyvənd haqda dolaşan yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə hazırlanıb. Burada şərti obrazlar doğru və yanlışı təcəssüm etdirir. Buna görə də onların adı müvafiq olaraq “Həqiqət” və “Əfsanə” olaraq seçilib. Vaksinasiya ətrafında gedən söhbətləri sadə və yaradıcı yolla izah edə bilmək əsas hədəf kimi düşünülüb.

    Qeyd etmək yerinə düşər ki, bu məzmun “Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq” şüarı altında həyata keçirilən təbliğat kampaniyasının bir hissəsidir.

    Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər