Bölgənin sürətli inkişafına zəmin yaradan zəfər

Bölgənin sürətli inkişafına zəmin yaradan zəfər
  • Cəmiyyət

  • Böyük bir liderlik göstərərək bu zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm. “Bu gün bəxtiyaram. Çünki Qarabağı azad etmiş can Azərbaycanın Milli Məclisində sizlərlə bərabərəm. Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir. Bu zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazda qanayan yara sağalıb. Bundan bütün bölgə ölkələri qazanclı çıxacaq”.

    Bu səmimi təbrikləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə çıxışında səsləndirib.

    İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə danışan dövlət başçısı deyib: “Qafqazda sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişaf etdirilməsi, rifahın yüksəlməsi, əmin-amanlığın kök salması üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq.

    30 ildir, mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən qaçqın oldular. 30 il sonra bu torpaqlar təkrar öz sahiblərinə qovuşdu. Qarabağda münaqişənin davam etməsinə səy göstərənlər isə həmişə bu münaqişədən qazanan tərəfdə olub. Böyük liderlik göstərərək bu zəfəri və barışı Azərbaycana qazandıran Ali baş Komandan, hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm.

    Milli birlik ruhunu ən yüksəyə daşıyan Azərbaycan xalqını təbrik edirəm. Əlbəttə qəhrəmanca, gözünü qırpmadan mübarizə aparan Azərbaycan əsgərini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm.

    Ermənilər gələndə işğalçı, gedəndə dağıdıcıdırlar. Sadəcə, bu fakt belə Qarabağın kimin torpağı olduğunu göstərir. Azərbaycanlılar 30 il əvvəl yurdlarını tərk etmək məcburiyyətində qalanda evlərini yıxmayıb, dağıtmayıblar. Çünki öz evlərini yıxa bilməzdilər. Azərbaycanlılar indi onların dağıtdıqlarını bərpa edəcəklər. Bərabər yeni bir Qarabağ quracağıq, bərpa edəcəyik. Qarabağ dünyanın ən gözəl bölgələrindən, mədəniyyətinə görə də dünyanın ən gözəl yerlərindən biridir. İnşallah yenə elə olacaq. Türkiyə olaraq bu dönəmdə də Azərbaycanın yanında yer almağa davam edəcəyik.

    Qədimdən gələcəyə quracağımız körpü ilə mədəniyyətimizi yenidən yüksəltmək öz əlimizdədir. Qardaşlığımızı nə qədər möhkəm eləsək, bir-birimizi nə qədər möhkəm tutsaq, bu hədəfə o qədər tez çatacağıq. Qarabağ zəfərinin nəticələri zaman keçdikcə daha yaxşı anlaşılacaq. Çünki bu, savaş deyil, barış zəfəridir".Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, inşallah, sabah da yanında yer alacağıq”.

    Müəllif: Əsəd ƏSƏDLİ,
    Masallı Dövlət Regional Kollecin MMQ rəisi
    PAYLAŞ:

    Oxşar xəbərlər