Dünyada koronavirusa yoluxanların sayı 173 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 173 milyonu ötüb
  • Cəmiyyət

  • Dünyada COVID-19-a yoluxunların sayı artmaqda davam edir.

    Bu barədə LEQAL.AZ ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir. Belə ki, mayın 11-də təhlükəli infeksiyaya yoluxma hallarının sayı 173 750 602 təşkil edib.

    Koronavirusa ən çox yoluxma sayı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 34 204 374 yoluxma aşkarlanıb.

    Siyahıda sonrakı yerdə Hindistan (28 809 339 yoluxma), Braziliya (16 907 425), Fransa (5 707 683) qərarlaşıb.

    Dünyada COVID-19-dan ümumilikdə 3 737 187 insan ölüb. Bununla yanaşı, 156 632 941 nəfər təhlükəli infeksiyadan sağalıb.

    Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib./report
    PAYLAŞ:

    Oxşar xəbərlər