Qətldə şübhəli bilinirdi - İnfarkt keçirib öldü

Qətldə şübhəli bilinirdi - İnfarkt keçirib öldü
  • Hadisə

  • Xəbər verdiyimiz kimi, dünən saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Əhmədov Sadiq Hüseyin oğlu qətlə yetirilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Dadaşov hadisədən təxminən 1 saat sonra vəfat edib.

    Belə ki, saxlanılan 70 yaşlı kişi ilkin ifadəsində törətdiyi əməli etiraf edib və bir qədər sonra o, infarkt keçirərək dünyasını dəyişib.

    Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, N.Dadaşovun ürəktutmadan öldüyü bildirilib.

    O da məlum olub ki, S.Əhmədovla N.Dadaşov birgə fəhlə kimi çalışıblar, daim iş vaxtı və ya işdən sonra spirtli içki qəbul ediblər. Dava-dalaş da tərəflər arasında yaşanan mübahisə zəminində baş verib.

    Araşdırma aparılır.

    ***

    Xəzər Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

    Bildirilib ki, aprelin 28-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

    Araşdırmalarla 1954-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş Vaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən Vaqif Dadaşov hadisədən bir qədər sonra ürəktutmadan vəfat edib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

    İbtidai istintaq davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər