Dünyada ötən sutka ərzində 11 mindən çox insan koronavirus səbəbindən həyatını itirib

Dünyada ötən sutka ərzində 11 mindən çox insan koronavirus səbəbindən həyatını itirib
  • Dünya

  • Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 515 mindən çox artıb.

    LEQAL.AZ Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər verir ki, ötən sutka ərzində 515 min 104 nəfər yeni koronavirusa yoluxub, 11 min 104 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 163 milyon 312 min 429, ölənlər isə 3 milyon 386 min 825 nəfərə çatıb.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

    Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (33,7 milyon), Hindistan (25,4 milyon), Braziliya (15,7 milyon), Fransa (5,8 milyon), Türkiyə (5,1 milyon) və Rusiyada (4,9 milyon) qeydə alınıb.

    Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər