Dünyada koronavirusa yoluxanların sayı 130 milyonu

Dünyada koronavirusa yoluxanların sayı 130 milyonu
  • Cəmiyyət

  • Dünyada COVID-19-a yoluxanların sayı 130 milyon nəfəri keçib.

    Bu barədə LEQAL.AZ ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasına istinadən xəbər verir.

    Məlumata görə, dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 31 229 639 nəfərdə COVD-19 aşkarlanıb.

    Siyahıda ikinci yerdə 12 334 844 yoluxma ilə Braziliya, üçüncü yerdə 12 302 92 yoluxma ilə Hindistan qərarlaşıb. Fransada COVID-19-a 4 695 82, Rusiyada 4 554 264, Britaniyada 4 350 266, İtaliyada 3 607 83, Türkiyədə 3 357 988, İspaniyada 3 291 394, Almaniyada 2 854 137 yoluxma aşkarlanıb.

    Pandemiya ərzində dünyada koronavirusdan 2 838 22 nəfər həyatının itirib, virusa yoluxmuş 104 752 420 nəfər sağalıb. Hazırda daha 22 491 657 nəfərin müalicəsi davam etdirilir.

    Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.(report)
    PAYLAŞ:

    Oxşar xəbərlər