Mayın 21-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 33 min 102 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 21393, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11709 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 924 min 805-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 89 min 886, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 834 min 919 nəfərdir.