Azərbaycanda COVID-19-a qarşı daha 16 min 583 doza vaksin vurulub

Azərbaycanda COVID-19-a qarşı daha 16 min 583 doza vaksin vurulub
  • Cəmiyyət

  • Aprelin 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 583 doza vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 7374, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9209 nəfər olub.

    Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 440 min 243-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 946 min 834, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 493 min 409 nəfərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər