Baş Prokurorluq Xaçmaz və Siyəzən rayonlarındakı tibb müəssisələrində yol verilən qanun pozuntularına dair məlumat yayıb

Baş Prokurorluq Xaçmaz və Siyəzən rayonlarındakı tibb müəssisələrində yol verilən qanun pozuntularına dair məlumat yayıb
  • Cəmiyyət

  • Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında və Siyəzən Müalicə Diaqnostika Mərkəzində yoxlamalar aparılarkən kobud qanun pozuntularına yol verilməsinin müəyyən olunması ilə əlaqədar toplanmış materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə məlumatlar yayılıb.

    Bununla əlaqədar Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında AQTA tərəfindən aparılmış yoxlamalar nəticəsində həmin xəstəxanada xəstələrə keyfiyyətsiz qida məhsullarının verilməsi, qida məhsullarının çəkisinin şişirdilmiş şəkildə göstərilərək mənimsənilməsi və digər qanun pozuntuları aşkarlanıb.

    Baş Prokurorluq tərəfindən toplanmış materialların öyrənilməsi nəticəsində fakta görə Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması üçün Xaçmaz Rayon Prokurorluğuna göndərilib.

    Bundan başqa, AQTA tərəfindən Siyəzən Müalicə Diaqnostika Mərkəzində yoxlamalar aparılarkən eyni qəbildən qanun pozuntularının aşkarlanması faktı ilə bağlı Siyəzən Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.

    Araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər