Hesablama Palatası 2020-ci dövlət büdcəsinin icrasına rəy verəcək

Hesablama Palatası 2020-ci dövlət büdcəsinin icrasına rəy verəcək
  • Cəmiyyət

  • Hesablama Palatası “Azərbaycan Respublikasının 2020-ci dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy verəcək.

    LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, Hesablama Palatası haqqında qanunun 24.5-ci maddəsinə əsasən, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi rəy verilməsi üçün Milli Məclisdən daxil olduğu gündən 10 gün müddətində Hesablama Palatası onlara rəy verir və rəyini Milli Məclisə təqdim edir.

    Qeyd edək ki, “Azərbaycan Respublikasının 2020-ci dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat parlamentə daxil olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər